DİN-in Mətbuat xidmətindən verilən məlumatalar (27.12.2023)(28.12.2023)

0

Dekabrın 26-da ölkə ərazisində qeydə alınan 51, əvvəlki dövrlərdən bağlı qalan 2 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

❗Axtarışda olduğuna görə ümumilikdə 202, o cümlədən borclu şəxs qismində axtarışda olan 167 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

❗Narkotiklərlə əlaqəli 19, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 11 fakt müəyyən edilib.

*

❗Cinayət törətməkdə şübhəli bilinən 31 nəfər saxlanılıb.

*

❗Dekabrın 27- də saat 03 radələrində paytaxtın Nərimanov rayonu ərazisində 1990-c il təvəllüdlü Əliyev Etibar Yusif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Turanın səsi ” nə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1975-ci il təvəllüdlü Nəbiyev Elşən Firudun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş ver verib.

Araşdırma aparılır.

*
Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Dekabrın 26-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 1 ədəd qumbara, 2 alışdırıcı, 2 patron darağı, 596 ədəd müxtəlif çaplı patron və 5 ədəd müxtəlif markalı tüfəng təhvil götürüblər.

*


Dekabrın 26-da polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 1 ədəd tapança, 3 ədəd müxtəlif markalı tüfəng, 1 patron darağı, 8 ədəd müxtəlif çaplı patron götürülüb.

*


❗Dekabrın 26-da saat 19 radələrində Salyan rayonunun Xurşud kəndi ərazisindən bir nəfərin kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilməsi barədə polisə məlumat daxil olub.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş 1962-ci il təvəllüdlü Səxavət Nuriyev müəyyən olunaraq saxlanılıb.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

*


Quldurluq

Nizami RPİ 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində müxtəlif vaxtlarda Bakı şəhər sakini olan bir nəfərin cibində 1500 manat pulu olan gödəkcəsini və 1700 manat dəyərində qızıl üzüyünü, digər bir nəfərin isə 340 manat pulunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən Goranboy rayon sakini 1992-ci il təvəllüdlü Ramil Qasımov müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*


❗Saray qəsəbə sakini olan bir nəfərin bank kartından hesabındakı 3516 manat pulunun oğurlanması barədə polisə məlumat daxil olub.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən Ağdam rayon sakini Şamil Qaradağlı müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

*

Bakı şəhərinə bayram ərəfəsində satmaq məqsədi ilə külli miqdarda narkotik maddələr gətirən şəxs saxlanılıb

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Bakı şəhəri Binəqədi rayonu ərazisində keçirilən xüsusi əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt sakini 1993-cü il təvəllüdlü İmamverdi İsgəndərov saxlanılıb. Onun üzərindən və avtomobilindən 24 kiloqram, o cümlədən 13 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən qurudulmuş marixuana, 7 kiloqram heroin, 4 kiloqram psixotrop maddə metamfetamin aşkar edilərək götürülüb. İ. İsgəndərov narkotikləri tanıdığı İran vətəndaşının tapşırığı ilə Astara rayonu ərazisindən gizlədilən yerdən Bakı şəhərində bayram ərəfəsində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədi ilə əldə etdiyini bildirib.
Faktla bağlı cinayət işi başlanılıb saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Əməliyyat-istintaq tədbirləri davam etdirilir.
27 dekabr 2023-cü il

*

Vətəndaşlar yaşayış yeri üzrə qeydiyyat məsələləri ilə bağlı “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər.

DİN-in mətbuat xidmətindən “Turanın səsi ” nə bildirilib ki, qeydiyyat məsələləri ilə yanaşı, şəxsiyyət vəsiqəsinin etibarlılıq müddəti bitən, 18 yaşı tamam olan vətəndaşların yeni sənədlərlə bağlı müraciətləri qəbul edilir, müəyyən edilən müddət ərzində sorğular cavablandırılır.

Daxili İşlər Nazirliyi tərəfindən vətəndaşların bütün müraciətləri diqqətdə saxlanılmaqla qanunamüvafiq tədbirlərin görülüməsi təmin edilir.

*

Tərtər rayonunda silah-sursat aşkar edilib

Tərtər Rayon Polis Ṣöbəsinin əməkdaşları tərəfindən silah-sursatın tapılması istiqamətində tədbirlər davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər zamanı rayon ərazisindən 1 avtomat, 2 tüfəng, 12 qumbara, avtomat daraqları və güllələr aşkar aşkar olunaraq götürülüb.

Bundan əlavə polis əməkdaşları piroxtexniki vasitələrin yayılmasının qarşısın alınması istiqamətində də tədbir keçirib. Tədbir zamanı rayon sakinlərindən aşkarlanan xeyli sayda pirotexniki vasitələr götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

*

❗Dekabrın 27- də saat 19 radələrində Quba rayonu Bağbanlar kəndində evlərin birində 1938-ci il təvəllüdlü İsmixanova Zöhrə Qazməmməd qızının küt alətlə aldığı xəsarətlərlə xəstəxanaya çatdırılması və göstərilən tibbi müdaxilələrə baxmayaraq ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qadının oğlu 1974-ci il təvəllüdlü İsmixanov Zülfüqar Bahəddin oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə cinayət hadisəsi ailə münaqişəsi zəminində baş ver verib.

Araşdırma aparılır.

*
DİN-in Mətbuat xidmətindən verilən məlumata görə,

⤵️

Dekabrın 27-də ölkə ərazisində qeydə alınan 35, əvvəlki dövrlərdən bağlı qalan 18 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

*

Axtarışda olduğuna görə ümumilikdə 87, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

*

Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 7 fakt müəyyən edilib.

*

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb.

*


Polis əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirlər davam etdirilir

Dekabrın 27-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd avtomat, 4 ədəd müxtəlif markalı tüfəng və 8 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

*


Soyğunçuluq

Dekabrın 24-də Yasamal rayonu ərazisində bir nəfərin mobil telefonunun soyğunçuluq yolu ilə talanması barədə 26-cı Polis Bölməsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İsmayıl Qəhrəmanov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

*


Soyğunçuluq

Dekabrın 25-də Nəsimi rayonu ərazisində bir nəfərin mobil telefonunun və içərisində pul olan çantasının soyğunçuluq yolu ilə talanması barədə 19-cu Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlində şübhəli bilinən Bakı şəhər sakinləri Orxan Həsənzadə və Cavad Pirnəzirli müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

*


Oğurluq

Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə müxtəlif vaxtlarda Binə və Buzovna qəsəbələri ərazisində 7 evdən ümumilikdə 1600 manata yaxın pul, 3 ədəd mobil telefon, 2000 manat dəyərində avtomobil ehtiyat hissəsi, 3 ədəd velosiped, dəyəri 700 manatdan çox olan elektrik naqili, həmçinin digər məişət əşyaları, inşaat materialları və təmir alətləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Vüqar Quliyev saxlanılıb.
Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir