Hesab etmirəm ki, İranla diplomatik əlaqələrin kəsilməsi kimi ciddi addım atmağa ehtiyac var.
Siyavuş Novruzov öz çıxışında bele deyib : Hələlik, elə mərhələ deyil ki, sərfirliklər bağlansın, səfirlər geri çağırılsınlar.
İran tərəfi də məsuliyyətini dərk edib, bu addımlarına son qoymalıdır.
Azərbaycanı təhdid etməyin heç bir əsası yoxdur. Hazırkı şəraitdə hər bir dövlət yalnız təhlükəsizliyi üçün çalışmalıdır, nəinki başqa bir dövlətləri təhdid etməyə.
Sadəcə, hər kəs mövqeyini ortaya qoyur. İranın etdiyi hərəkətlər, təbii ki, bəlli hərəkətlərdir. Dəfələrlə qeyd etmişik, heç bir əsas olmadan Araz çayı kənarında hər hansı hərbi təlimin keçirilməsinə ehtiyac yoxdur.
Hərbi təlim o ərazidə keçirilir ki, oradan təhlükə gözlənilir. Azərbaycan tərəfindən isə İrana qarşı hansısa təhlükə yoxdur.
Ağır texnikanın sərhədə yığılması, Araz çayı üzərində körpülər salınması və s. İran bütün bunlarla güc nümayişi göstərir.
Digər tərəfdən, binanın malası qurumamış, mala işləri gedən yerdə dərhal, tələm-tələsik konsulluq açdılar. Bilinmir ki, o bina ticarət mərkəzidir, hansısa obyektdir, yaxud Baş Konsulluğun açılışıdır.
Orada heç nə yox idi, üç şar asmışdılar… Konsulluğun tələsik açılmasından aydındır ki, bu da Azərbyacan tərəfinə göndərilən bir mesajdır. İranın “Ermənistanın təhlükəsizliyi İranın təhlükəsizliyidir” mesajının ardınca İrandan silah almaq məqsədilə Ermənistanın dövlət büdcəsindən vəsait ayrıldı.Bütün bunlarla tərəflər mövqelərini ortaya qoyurlar.
Azərbaycan sülh sazişinə hazırlaşır, 5 baza prinsipi əsasında Ermənistanla sülhün bağlanması istiqamətində addımlar atır, Ermənistandan Zəngəzur dəhlizinin açılması öhdəliyini yerinə yetirməsini, sərhədlərin dəqiqləşdirilməsini, həmin sərhədlər əsasında bir-birinin müstəqilliyinin və ərazi bütövlüyünün tanınmasını tələb edir. Bununla İrana hansı ziyan dəyir ki, bu cür addımlar atır, başım çıxmır.
“TURANIN SƏSİ” Arzu Paşaqızı
BİZİMLƏ ƏLAQƏ SAXLAYIN
ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ
TEL : 051 777 82 09