Rusiya tankı öz ərazisində minaya düşərək məhv olub, ekipaj üzvləri ölüb və yaralanıb

0

Rusiyanın T-80 tankı ölkənin Belqorod vilayətinin Valuyski rayonunun Karabanovo kəndinin yaxınlığında minaya düşərək məhv olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə “Astra”ya mənbələr bildirib.

Bildirilib ki, insident dekabrın 16-da baş verib. Belə ki, texnika tankəleyhinə idarəolunan minanın üzərinə getməsi nəticəsində tamamilə məhv olub. Ekipaj üzvlərindən bir hərbçi ölüb, digəri yaralanıb.

Qeyd edək ki, sözügedən ərazi Ukrayna ilə sərhəddən təqribən 20 km aralıda yerləşir. Rusiya rəsmiləri məlumatı şərh etməyib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir