ƏMƏLİYYAT !! Dövlət müəssisələrinə külli miqdarda ziyan vuruldu
Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yerləşən yarımstansiyadan oğurluq edən üç nəfərdən ibarət dəstə saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan “Turanın səsi ” nə verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq faktını törətməkdə şübhəli bilinən Bakı şəhəri, Qaradağ rayon sakinləri Arif Şirəliyev, Felmar Türbəndəyev və Anar Əhmədov saxlanılıblar.
Dindirilmə zamanı hər üç şəxs törətdikləri cinayət əməlini etiraf ediblər. Aparılan araşdırmalar zamanı məlum olub ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov noyabr ayının əvvəlində rayonun Qazıqumlaq kəndi ərazisində yerləşən və istismarda olan 35/10 kV-luq yarımstansiyanın binasına qanunsuz daxil olaraq 3 ədəd vakum tipli açarlar oğurlamaqla dövlət müəssisəsinə 10000 manata yaxın maddi ziyan vurublar.
Polis əməkdaşları tərəfindən adıçəkilən şəxslərin ətrafında aparılan istintaq hərəkətləri zamanı onların digər cinayət əməllərinin üstü də açılıb. Belə ki, A.Şirəliyev, F.Türbəndəyev və A.Əhmədov son 6 ay ərzində respublikanın 11 şəhər və rayonu ərazisində analoji faktları törədərək yarımstansiyalardan vakum tipli açarları oğurlamaqla dövlət müəssisələrinə külli miqdarda zərər vurublar.
Qanunsuz yolla ələ keçirdikləri “qənimətləri” Bakı şəhəri ərazisində dəyərindən ucuz qiymətə satan dəstə üzvləri əldə etdikləri pulları öz aralarında bölüblər.
Açarların bir qisminin yeri polis əməkdaşları tərəfindən müəyyən edilib və maddi sübut kimi götürülüb.
Faktla əlaqədar Ucar RPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib. Onların digər analoji hadisələr də iştiraklarının olub-olmaması araşdırılır.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI