DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 25-də ölkə ərazisində qeydə alınan 65, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 84, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 30, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 5 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb.

  • Oktyabrın 25-də saat 2 radələrində Sabunçu rayonunun Kürdəxanı qəsəbəsi ərazisində yolu keçən Sabirabad rayon sakini Elçin Babayev müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.
    Sabunçu Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.

Oktyabrın 25-də saat 6 radələrində Sumqayıt şəhəri ərazisində yolu keçən şəhər sakini İman Mahmudov müəyyən edilməyən avtomobillə vurulub və o, hadisə yerində ölüb.

Oktyabrın 25-də saat 20 radələrində Bərdə rayonunun Qarayusifli kəndi ərazisində rayon sakinləri E.İmanovun idarə etdiyi “Mercedes” markalı avtomobillə S.Məhərrəmovun idarə etdiyi “MTZ-80” markalı traktor toqquşub. Nəticədə “Mercedes” markalı avtomobildə olan sərnişin Rəqsanə Kərimova hadisə yerində ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Xətai Rayon Mühafizə İdarəsinə oktyabrın 24-də saat 23 radələrində İ.Abbasov küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.
Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini E.Hüseynzadə saxlanılıb. O, araşdırma aparılması üçün Xətai RPİ-nin 37-ci Polis Şöbəsinə təhvil verilib.

Sabunçu Rayon Mühafizə İdarəsinə oktyabrın 25-də saat 19 radələrində M.Gəncəvi küçəsindəki xüsusi texniki vasitələrlə qorunan evlərin birindən həyəcan siqnalı daxil olub.


Dərhal polis əməkdaşları həmin ünvana gəlib və oradan oğurluğa cəhd göstərən paytaxt sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş F.Abdulov saxlanılıb. O, araşdırma aparılması üçün Sabunçu RPİ-nin 13-cü Polis Bölməsinə təhvil verilib.


Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən oktyabrın 21-də saat 19 radələrində Şəmkir rayonu ərazisində “Opel” markalı avtomobil yoxlama nəzarət qaydasında saxlanılıb.
Polis əməkdaşları tərəfindən sürücü, Gəncə şəhər sakini Ehtiram Fərzəliyevin narkotik vasitə qəbul etməsi müəyyən edildiyindən barəsində İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə protokol tərtib olunaraq Şəmkir rayon məhkəməsinə göndərilib.


Məhkəmənin qərarı ilə E.Fərzəliyev nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılmaqla 5 gün müddətinə inzibati qaydada həbs olunub.


Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə M.Ə.Rəsulzadə qəsəbəsindəki bir mağazadan 4290 manat pul və müşahidə kamerasının yaddaş qurğusunun oğurlanması barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Naxçıvan şəhər sakini Taleh Budaqov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

TURANIN SƏSİ” Arzu Paşaqızı


BİZİMLƏ ƏLAQƏ SAXLAYIN


ŞAHİDİ OLDUGUNUZ HADİSƏLƏRİ AŞAGIDA QEYD OLUNAN ƏLAQƏ NÖMRƏMİZİN WhatsApp ÜNVANINA GÖNDƏRƏ BİLƏRSİNİZ


TEL : 051 777 82 09

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir