İsrail nazirinin oğlu döyüşdə həlak olub

0

İsrailin sabiq Baş Qərargah rəisi, hazırda hərbi kabinetdə portfelsiz nazir olan Qadi Ayzenkotun kiçik oğlu Qal Qəzza zolağında döyüşlərdə həlak olub.

Turanın səsi ” xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“Ehtiyatda olan çavuş Qal Meir Ayzenkot <…> Qəzzanın şimalında gedən döyüşlərdə 25 yaşında həlak olub”, – açıqlamada diqqətə çatdırılıb.

Ölkənin Baş naziri Binyamin Netanyahu nazirə və onun həyat yoldaşına başsağlığı verərək Qal Ayzenkotu “cəsur döyüşçü və əsl qəhrəman” adlandırıb.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir