Əli Əsədov: “ARDNF-in aktivləri dayanıqlı səviyyədə saxlanılacaq”
Azərbaycanda ortamüddətli perspektivdə xərclərin artımının dayanıqlı gəlir mənbələri ilə uzlaşdırılması, Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin dayanıqlı səviyyədə saxlanılması təmin olunacaq.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib.
O, bildirib ki, büdcə xərclərinin effektivliyinin qiymətləndirilməsi, büdcə vəsaitlərindən təyinatı üzrə istifadəsinə nəzarət məqsədilə Ortamüddətli Xərclər Çərçivəsinin tətbiqi ilə bağlı islahatlar davam etdiriləcək: “Ortamüddətli dövrdə makro-fiskal siyasət çərçivəsində icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-də xüsusi çəkisinin tədricən azaldılaraq tənzimlənməsi nəzərdə tutulur. Bu da inflyasiyaya azaldıcı təsir göstərən faktorlardan biridir”.
“Daxili bazarda sağlam rəqabət mühitinin təmin olunması istiqamətində aidiyyəti qurumlarla birgə “Qiymət İzləmə Sistemi”nin tətbiqi ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti subyektiv səbəblərə yol verən bazar subyektlərinə qarşı nəzarət tədbirlərini gücləndirəcək və ciddi tədbirlər görəcək. Rəqabət Məcəlləsinin qəbul olunması da bu proseslərə təkan verəcək”, – deyə hökumət başçısı əlavə edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI