Əli Əsədov: “Büdcə xərclərinin ÜDM-də payı 31 %-ə yüksəlib
Əgər 2017-ci ildə Azərbaycanda dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda (ÜDM) payı 25 % idisə, 2024-cü ildə 31%-ə yüksələcək, xərclərdə 2 dəfədən çox artım olacaq.
“Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Baş nazir Əli Əsədov bildirib.
“2024-cü ildə büdcənin qeyri-neft gəlirlərinin cari xərcləri təminetmə səviyyəsi 75 %-i keçəcək. Qeyri-neft sektoru üzrə büdcə gəlirləri son 7 ildə 2 dəfəyə yaxın artacaq”, – deyə o qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI