Qusar sakinindən psixotrop maddə, beşbarmaq və bıçaq aşkarlanıb

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsi, əldə etməsi, saxlaması və daşımasında şübhəli bilinən rayon sakini Misrixan Əzizov saxlanılıb. Həmin şəxsin üzərinə və özünə məxsus avtomobilinə baxış keçirilən zaman psixotrop maddə olan metamfetamin, bir ədəd bıçaq və bir ədəd kastet (beşbarmaq) aşkar olunaraq götürülüb.

Məlumat üçün bildirək ki, M.Əzizov “BMW” markalı avtomobili ilə rayon ərazisində avtoxuliqanlıq edərək, digər avtomobillərin hərəkətinə də ciddi maneələr törədib və real qəza şəraiti yaradıb.

Bütün faktlarla bağlı Qusar RPŞ-də cinayət işi başlanılıb. Məhkəmənin qərarı ilə Misrixan Əzizovun barəsində həbs qətimkan tədbiri seçilib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir