DİN-in mətbuat xidmətinin məlumatı

  • Oktyabrın 24-də ölkə ərazisində qeydə alınan 52, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 77, o cümlədən borclu şəxs qismində axtarışda olan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb.

  • Oktyabrın 24-də saat 4 radələrində Suraxanı rayonu ərazisində Bakı şəhər sakini E.Əliyev idarə etdiyi “Lexus” markalı avtomobillə yolu keçən paytaxt sakini Zaur Xalidovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.Oktyabrın 24-də saat 8 radələrində Xəzər rayonunun Buzovna qəsəbəsi ərazisində Bakı şəhər sakini R.Mirzəyev idarə etdiyi “VAZ-2107” markalı avtomobillə yolu keçən paytaxt sakini Esmira Əliyevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır. Oktyabrın 24-də saat 21 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Biləsuvar rayon sakini Ə.Xammədov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Salyan rayon sakini Yusif Baxşiyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
  • Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
  • Oktyabrın 24-də saat 21 radələrində Gədəbəy rayonunun Maarif kəndi ərazisində rayon sakini Amid Qurbanov idarə etdiyi “VAZ-21011” markalı avtomobillə yolu keçən Vahid Qasımovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
  • Gədəbəy Rayon Polis Şöbəsində araşdırma aparılır. Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə rayon ərazisindəki ticarət mərkəzlərinin birindəki mağazadan 1800 manat dəyərində qızıl boyunbağının oğurlanması barədə müraciət daxil olub.

  • Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Taleh Hüseynov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

  • Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Yeni Günəşli qəsəbəsi ərazisində Bakı şəhər sakini A.Fərəcovun “Mercedes” markalı avtomobilindən mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda, “Ford” və “VAZ-2104” markalı iki avtomobildən isə mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də soyğunçuluğa görə məhkum olunmuş Dünyamin Rüstəmzadə müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.

  • Samux Rayon Polis Şöbəsinə İnstitut qəsəbəsi ərazisində yerləşən zavoddan 12.680 manat dəyərində 16 ədəd elektrik mühərriki və 4 ton dəmirin oğurlanması barədə müraciət daxil olub.

  • Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakinləri Elnur Məmmədov və Emin Həsənov müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir