Azərbaycanda sabiq bank sədri məhkəmə zalında həbs edilib

Bakı Apellyasiya Məhkəməsində ləğv edilmiş “DekaBank” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri Niyazi Vəliyevə hökm oxunub.

Turanın səsi ” xəbər verir ki, hökm Bakı Apellyasiya Məhkəməsində hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən iclasda elan olunub.

Niyazi Vəliyev bankın İdarə Heyətinin sədri vəzifəsində işləyərkən özgə malını mənimsəmədə ittiham edilərək, 6 il 6 ay müddətə azadlıqdan məhrum edilib.

O, Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq), 178.2.3, (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə xeyli miqdarda dələduzluq), 179.3.2-ci (mütəşəkkil dəstə tərəfindən və külli miqdarda mənimsəmə) maddələri üzrə təqsirli bilinib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 iyul 2018-ci il hökmü əsasında Niyazi Vəliyevə qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə; külli miqdarda törədildikdə), 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə), 308 və 313-cü maddələri ilə şərti cəza verilib. O zaman N. Vəliyev məhkəmə zalından azadlığa buraxılmışdı.

O, qanunsuz kreditlər rəsmiləşdirərək Mərkəzi Bankın tələb etdiyi formal məcmu nizamnamə kapitalına malik olması görüntüsü yaratmasında, eyni zamanda ayrı-ayrı fiziki şəxslərin adlarına ümumilikdə 809 min manat kredit rəsmiləşdirib mənimsəməklə talamasında ittiham edilirdi.

Hökmdən narazı qalan dövlət ittihamçısı Ali Məhkəməyə müraciət edib. Ali Məhkəmə öz növbəsində kassasiya şikayətini qəbul edərək Bakı Apellyasiya Məhkəməsinə göndərib.

“DekaBank” ASC-nin lisenziyası 2016-cı ilin iyulunda ləğv edilib. Bu iş üzrə cinayət işi materiallarında 5 milyon manatlıq dəymiş zərərin olduğu göstərilir.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir