Gəncədə qardaş bacısını qətlə yetirdi: “İnstagram”dan istifadə etdiyi üçün
Gəncədə qətl hadisəsi baş verib.
Turanın səsi ” in məlumatına görə, hadisə şəhərin Eminbəyli küçəsində qeydə alınıb. Belə ki, qardaş bıçaqla bacısını qətlə yetirib.
Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, Pəri Allahverdizadəni kəsici-deşici alətlə qətlə yetirməkdə şübhəli bilinən, onun qardaşı Əli Allahverdizadə saxlanılaraq istintaqa təhvil verilib.
Hadisənin bəzi təfərrütları da məlum olub. qardaş bacısını “Instagram”dan istifadə etdiyi üçün bıçaqlayıb. O, bacısının boğazını kəsərək qətlə yetirib.
Qeyd edək ki, Əli Allahverdizadə hərbçidir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI