Amerika öz geosiyasi maraqlarını təmin etmək üçün, artıq həllini tapmış problemi yenidən qızışdırır -DEPUTAT

0

“Son vaxtlar okeanın o tayından gələn anti-Azərbaycan ritorikası dərin təəssüf doğurur və cəmiyyətin əksər hissəsinin Qərbin ədalətinə, beynəlxalq hüququn prinsiplərinin qorunacağına olan inamının itməsinə səbəb olur. Noyabrın 15-də ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində, Qarabağdakı vəziyyətlə bağlı dinləmələrin keçirilməsi isə, heç bir əndazəyə slğmır. Düşünmürəm ki, ABŞ kimi qüdrətli dövlətin Cənubi Qafqaz regionunda baş verən proseslərdən kifayət qədər məlumatı yoxdur. Yaxud, erməni diasporasının və lobbisinin təzyiqləri nəticəsində dinləmələr təşkil olunub”.

Turanın səsi ” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Nəsib Məhəməliyev ABŞ Nümayəndələr Palatasının xarici əlaqələr komitəsində, Qarabağdakı vəziyyətlə bağlı dinləmələri şərh edərkən səsləndirib.

Millət vəkili əmin olduğunu bildirib ki, bu ölkə öz geosiyasi maraqlarını təmin etmək üçün, artıq həllini tapmış problemi yenidən qızışdırır:

“Söhbət təkcə Azərbaycandan yox, daha geniş arealdan gedir. Ona görə də, “erməni məsələsinin” beynəlxalq gündəlikdən tamamilə çıxarılması, qlobal güclərin Azərbaycanla yanaşı, Türkiyəyə, Mərkəzi Asiya, Yaxın Şərq, Aralıq dənizi regionuna yönəlik, apardıqları siyasətlə ziddiyət təşkil edir. Eyni zamanda, Şərqlə Qərbi birləşdirən nəqliyyat dəhlizinə nəzarət, Rusiya ilə əlaqələrin kəsilməsi, ancaq Qərb institutlarının diqtəsi ilə münasibətlərin formalaşdırılması və s. məsələlər durur”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir