Rusiya sanksiyalar səbəbindən 76 təyyarəsindən məhrum olub
Rusiya Qərbin tətbiq etdiyi sanksiyalar səbəbindən 76 sərnişin təyyarəsindən məhrum olub.
“Turanın səsi ” TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya nəqliyyat nazirinin müavini Vitali Savelyev bildirib.
“Təyyarələri götürmək istəyəndə gözlənilmədən təəccübləndik”, – nazir müavini qeyd edib.
V.Savelyev xatırladıb ki, Rusiyada hazırda 1167 sərnişin təyyarəsi istismar olunur.