Zaqatalada qətlə yetirilən qadının anası: “Qızıma dörd bıçaq vurub…”
Noyabrın 24-də saat 09 radələrində Zaqatala şəhərində 1989-cu il təvəllüdlü Həşimova Aygün Mikayıl qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Turanın səsi ” nə bildirilib ki, polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1991-ci il təvəllüdlü Səfərov Əli Fərhad oğlu saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki , A.Həşimova aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Mərhumun anası Zəminə Həşimova Baku TV-yə açıqlamasında dəhşətli hadisənin necə baş verməsindən danışıb:
“İşdən gələndə qabağını kəsib deyib ki, səni aparmağa gəlmişəm. O da deyib ki, getmək istəmirəm. Niyə məni qoyub getmisən deyib, qızıma dörd bıçaq vurub”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI