Türkiyə Rusiya və Ukrayna arasında danışıqlara yenidən ev sahibliyini təklif edib

0

Türkiyə Rusiya və Ukrayna arasında sülh danışıqlarına yenidən ev sahibliyi edə bilər.

Turanın səsi ” xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Beynəlxalq Strateji Kommunikasiya Zirvəsində deyib.

O bildirib ki, şərtlər müəyyənləşəcəyi təqdirdə Rusiya-Ukrayna arasında sülh danışıqlarına Türkiyə yenidən evsahibliyi edə bilər.

Xatırladaq ki, bundan əvvəl 2022-ci il martın 29-da Rusiya və Ukrayna nümayəndə heyətləri İstanbulda danışıqlar aparıblar.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir