Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turniri başlayır
Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan minifutbol turnirinə noyabrın 25-də start veriləcək.
“Turanın səsi ” xəbər verir ki, Gənclər və İdman Nazirliyi, AFFA və Azərbaycan Minifutbol Federasiyasının təşkilati dəstəyi ilə keçiriləcək yarışda 52 dövlət qurumu, şirkət və müxtəlif təşkilatların komandaları mübarizə aparacaq.
2024-cü il mayın 6-dək davam edəcək turnirin qarşılaşmaları şənbə və bazar günləri baş tutacaq.
Noyabrın 25-də Bakı Tennis Akademiyasında açılış mərasimi də gerçəkləşəcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI