Türkiyənin şərqində 5,2 maqnitudalı zəlzələ baş verib

0

Türkiyənin şərqindəki Malatya vilayətində 5,2 maqnitudalı zəlzələ baş verib.

Turanın səsi”  “TRT Haber” telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Departamenti məlumat yayıb.

Zəlzələnin fəsadları barədə hələlik məlumat yoxdur. Zəlzələ yerli vaxtla saat 17:46-da qeydə alınıb. Zəlzələ ocağı 7 km dərinlikdə yerləşib.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib ki, yeraltı təkanların episentri təxminən 441 min nəfər əhalisi olan Malatya şəhərindən 30 km cənub-şərqdə yerləşib.

Zəlzələ Türkiyənin şərqində bir çox bölgədə hiss olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir