Milli Məclisin vitse spikeri Adil Əliyev Tərtərdə toy mərasimində olub

Tərtər rayonuna səfərim çərçivəsində Vətən müharibəsinin cəsur döyüşçüsü, kikboksinqçimiz Əhməd İsmayılovun toyunda iştirak etdik. Azərbaycan Silahlı Qüvvələrinin giziri Əhməd İsmayılov 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ və digər yüksəkliklərin, 20-yə yaxın postun, Talış, Suqovuşan kəndlərinin işğaldan azad edilməsində iştirak edib. Hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Vətən uğrunda” medalı ilə təltif olunub.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir