Xətai rayonunda evə basqın edən şəxslər saxlanılıblar

0

Xətai rayonu “NZS” qəsəbəsində yerləşən evlərdən birinə basqın edilib. Naməlum şəxslər evə əllərində olan bıçaqla daxil olaraq mənzildə olan qızıl-zinət əşyalarını, o cümlədən 1200 manatı ələ keçiriblər. Hadisə barədə məlumat daxil olan kimi Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarışlara başlanılıb. Əməliyyat nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Tərlan Abbasov və Surac Salmanov tutularaq istintaqa təqdim olunublar. Hər iki şəxs ifadələrində etdikləri hadisəni etiraf ediblər.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət İşi başlanılıb. Tərlan Abbasov və Surac Salmanovun paytaxt ərazisində digər analoji cinayətlər törətdikləri istisna olunmur. Onların qanunsuz əməllərindən zərərçəkən başqa şəxslər varsa bu barədə DİN-in “102” Xidməti Zəng Mərkəzinə, Xətai Rayon Polis İdarəsinə və ya ərazi polis orqanlarına müraciət edə bilərlər.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir