“Almaniya son zamanlar Fransanın çaldığı musiqiyə oynayır”-DEPUTAT
Nəsib Məhəməliyev: “Qərb dairələri Azərbaycana qarşı qərəzli davranış ortaya qoymaqdadır”
Almaniyanın xarici işlər naziri Annalena Berbok Azərbaycana səfəri zamanı ölkəmizdəki qaçqın və məcburi köçkünlərlə görüşdən imtina edib. Halbuki, Almaniyanın XİN rəhbəri Ermənistanda olarkən Qarabağı könüllü tərk edərək Ermənistana gedən ermənilərlə həvəslə görüşüb, onlarla uzun-uzadı müzakirələr aparıb.
“Turanın səsi ” xəbər verir ki , bu barədə açıqlamasında Annalena Berbokun Ermənistan və Azərbaycaan münasibətindəki fərqli yanaşmanı şərh edən Milli Məclisin deputatıý Nəsib Məhəməliyev , bunu Qərbin ölkəmizə qarşı qərəzli münasibətinin göstərici kimi dəyərləndirib.
“Almaniya xarici işlər nazirinin İrəvanda, Qarabağı könüllü tərk edənlərlə görüşməsində qeyri-adi bir şey görmürəm. Ancaq təəssüf doğuran odur ki, xanım nazir analoji addımı, Qərbi Azərbaycandan qaçqın düşmüş soydaşlarımıza qarşı atmadı. Eyni məsələyə selektiv yanaşma sərgilədi. Bunun adı, şübhəsiz ikili standartdır və Fransa başda olmaqla, bəzi Qərb dairələrinin Azərbaycana qarşı qərəzli davranışlarıdır.
Ümumiyyətlə götürdükdə, Almaniya Ermənistan-Azərbaycan münaqişəsi zamanı balanslaşdırılmış siyasət aparmış, neytral mövqedən çıxış etmişdir. Əfsuslar olsun ki, son zamanlar Avropa İttifaqı çərçivəsində, məhz Fransanın çaldığı musiqiyə oynayan bu ölkə, bitərəf mövqeyini, etibarlılığını itirməkdədir. Azərbaycan xalqının Almaniyadan gözləntiləri yalnız ədalətdir, beynəlxalq hüquqa, Azərbaycan dövlətinin suveren hüquqlarına hörmətdir. İndiki halda biz bunun əksini görürük. Beynəlxalq münasibətlər sistemində, terminologiyaların istifadəsindən tutmuş hər bir detal prinsipial əhəmiyyət daşıyır. Bu baxımdan, istər Almaniya, istərsə istənilən digər dövlət, fərq etməz, əməkdaşlıq etdiyi ölkənin dövlət atributlarına hörmət etməli, gərginliyin azalmasına yönəlik addımlar atmalıdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI