Türkiyəli məşhur müğənni Kıraç Bakının qonağı olub
İfaçı Heydər Əliyev sarayında konsert proqramı ilə çıxış edib . “Turanın səsi “ xəbər verir ki, Kıraç konsertin əvvəlində təəssüratlarını bölüşüb.
İfaçı Bakıda olduğundan çox həyəcanlı olduğunu bildirdi. Heydər Əliyev Sarayının səhnəsində konsert verməkdən xoşbəxt olduğunu bildirdi. İfaçı Rəşid Behbudovun ifa etdiyi “Sənə də qalmaz” mahnısını səsləndirib:
“Uşaqlıq illərindən ən çox sevdiyim və dinlədiyim mahnını ifa edirəm. Bu mahnını ilk dəfə Bakıda oxuyuram”. Konsert proqramında təşkilatçı “Anadolu Events”in rəhbəri Eyyub Hüseynzadə ifaçıya üzərində şəkili həkk edilmiş xalça hədiyyə edib. Konser çox anşlaqla keçib.
Tamaçılar müğənninin mahnıları onunla birgə ifa ediblər. Konsertə 1700 bilet satılıb.
Tuanə Tağızadə : “Turanın səsi” -in maqazin bölümünün müxbiri