Azərbaycan Premyer Liqası: “Neftçi” “Sabah”ı, “Səbail” “Şamaxı”nı qəbul edəcək

0

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XI tura yekun vurulacaq.

“Turanın səsi”-in un məlumatına görə, sonuncu oyun günündə daha iki qarşılaşma keçiriləcək.

Günün ilk görüşündə “Səbail” “Şamaxı”nı qəbul edəcək. Meydan sahibləri 9 xalla 7-ci, qonaqlar 3 xalla sonuncu – 8-ci pillədə qərarlaşıb.

Komandalar indiyədək ölkə çempionatlarında 20 dəfə üz-üzə gəliblər. Bunların 7-də paytaxt təmsilçisi, 6-da bölgə klubu qələbə qazanıb. Topların nisbəti isə bərabərdir – 21:21.

Tura “Neftçi” – “Sabah” oyunu ilə yekun vurulacaq. “Ağ-qaralar” 22 xalla üçüncü, qonaqlar 25 xalla ikinci sıradadır. Tərəflər Premyer Liqada 16 dəfə qarşılaşıblar. 12 dəfə “Neftçi”, 2 dəfə “Sabah” meydanı 3 xalla tərk edib. Topların nisbətində də meydan sahibləri aşkar üstündür – 29:10.

Azərbaycan Premyer Liqası, XI tur
23 oktyabr (bazar)

16:00. “Səbail” – “Şamaxı”

Hakimlər: İnqilab Məmmədov, Cavanşir Yusifov, Rahil Ramazanov, Səbuhi Bayramov

Hakim-inspektor: Ramil Diniyev

“ASCO Arena”

18:30. “Neftçi” – “Sabah”

Hakimlər: Kamal Umudlu, Rəhman İmami, Vüsal Məmmədov, Tural Qurbanov

Hakim-inspektor: Anar Salmanov

“Bakcell Arena”

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Turan Tovuz”u 3, “Zirə” “Sumqayıt”ı 2 cavabsız qolla üstələyib. “Qəbələ” – “Kəpəz” matçında isə qalib müəyyənləşməyib – 1:1.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir