Bu gün Fransada Azərbaycanın 150 illik xalçası nümayiş olunacaq

0

Bu gün Fransanın Tuluza şəhərində Azərbaycanda toxunmuş, 150 ildən çox yaşı olan xalça nümayiş olunacaq.

Bu barədə “Turanın səsi” Fransa mətbuatına istinadən xəbər verir.

Məlumata görə, onu 20 ildir kilim xalçaları toxumaqla məşhur olan həvəskar Loran Konsul nümayiş etdirəcək.

“Mənim kilim xalçasına həvəsim gənclik illərində Türkiyəyə ilk səfərim zamanı başlayıb. Sonra tədricən xalçalarla maraqlanmağa başladım. Əvvəlcə ucuz hissələri almaq və sonra isə seçimi təkmilləşdirməklə..”, – o deyib.

Qeyd edilir ki, onun kiçik mənzilində 100-dən çox naxışlarla işığı, bəzən parlaq və ya payızı əks etdirən canlı bitki rənglərində kilim xalça yığılıb. Onlar arasında Türkiyədən 350 avroya alınmış tikmə və qrafik naxışlı Azərbaycan xalçası da var. Xalça 1870-ci ildə ölkəmizdə toxunub. “Kilimin dəyəri onun yaşı, nadirliyi və orijinallığı ilə bağlıdır”, – o Azərbaycan xalçası barədə danışarkən bildirib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir