DİN-in mətbuat xidmətindən verilən məlumatlar (13.11.2023)

0

11-12 noyabr tarixlərində ölkə ərazisində qeydə alınan 73, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 64, o cümlədən borclu şəxs qismində axtarışda olan 47 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 34 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 62 nəfər saxlanılıb.

* * *

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Noyabrın 11-də və 12-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 5 ədəd avtomat, 12 ədəd qumbara, 6 patron darağı, 490 ədəd müxtəlif çaplı patron və 20 ədəd müxtəlif markalı ov tüfəngi təhvil götürüblər.
Keçirilən əməliyyat tədbirləri ilə 4 ov tüfəngi aşkar edilərək götürülüb.

* * *


Soyğunçuluq

Noyabrın 9-da Sabunçu qəsəbəsi ərazisində bir nəfərin pulunun soyğunçuluq yolu ilə talanması barədə polisə məlumat daxil olub.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Nail Həsənli Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.

* * *


❗Noyabrın 11-də saat 20 radələrində Nizami rayonu ərazisindən “Toyota” markalı avtomobilin qaçırılması barədə Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən paytaxt sakini S.Quluzadə müəyyən olunaraq saxlanılıb.
Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.


Oğurluq

Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının daxil olan məlumatlar əsasında keçirdikləri tədbir nəticəsində müxtəlif vaxtlarda Biləcəri qəsəbəsi ərazisində 8 avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Eldəniz Mehrəliyev saxlanılıb. Ondan heroin aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.

* * *


Oğurluq

Yasamal rayonu ərazisindəki evlərin birindən 1300 manat pul və 7000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Yasamal RPİ 28-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbir nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən Mingəçevir şəhər sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Ayxan Qurbanov müəyyən olunaraq saxlanılıb. Ondan metamfetamin və metadon həbləri aşkar olunaraq götürülüb.

Polis əməkdaşlarının keçirdikləri digər tədbir nəticəsində isə rayon ərazisində digər mənzildən pul və 8000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Saatlı rayon sakini Əliağa Əliyev saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

* * *

Noyabrın 13-də saat 18:30 radələrində Xəzər rayonu Binə qəsəbəsində 1967-ci il təvəllüdlü Əliyev Vidadi Feyruz oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətindən “Turanın səsi ” nə bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən qəsəbə sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Fərəcov Bəhriş Müşdaba oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.

İlkin məlumata görə hadisə şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir