Türkiyə Belarusa sanksiyalarla bağlı kömək etməyə hazırdır
Türkiyə Belarusdan kalium gübrələrinin tədarükünə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasına yardım edəcəyinə söz verib.
“Turanın səsi ” xəbər verir ki, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik “ONT” telekanalında deyib.
“Türkiyə kalium gübrələrinə qoyulan məhdudiyyətlərin aradan qaldırılmasında bizə kömək etməyə hazır olduğunu tam təsdiqləyib”, – deyə o qeyd edib.
Nazirin sözlərinə görə, bu kənd təsərrüfatı məhsulları ərzaq və təhlükəsizlik üçün zəruri hesab olunur. S. Aleynik qeyd edib ki, bu, xüsusilə qlobal Cənub ölkələri üçün vacibdir.