DEPUTAT : “Əli Kərimov, şəhidin doğulduğu evi keçi tövləsi ilə, vətəndaşı isə keçi ilə müqayisə etmən böyük qələtdir”
“Əli Kərimov iki gündür Laçında fermerə məxsus təmiz və ağıllı sistemlə təchiz olunmuş keçi tövləsindən yazır. Əslində müsbət haldır. Çünki 30 il aradan sonra, nəhayət, komsomol özünün layiq olduğu, səviyyəsinin çatdığı mövzulardan danışmağa başlayıb. Bəli, Kərimov, sənin mövzun da, səviyyən də elə keçi və tövləsidir”.
“Turanın səsi ” in xəbərinə görə, bunu deputat Bəhruz Məhərrəmov bildirib.
“Bir halda ki, üç onillikdən sonra özünü tövlədə tapmısan, ətəyindəki 30 il birikmiş peyini yerə töksən, o həsədlə danışdığın keçi tövləsində sənə bir iş taparıq. Amma Kərimov, şəhidin doğulduğu evi keçi tövləsi ilə, vətəndaşı isə keçi ilə müqayisə etmən böyük qələtdir! Özü də oğlu da müharibədən yayınan, müharibə dövründə, informasiya savaşında Azərbaycana qarşı erməni ilə eyni səfdə duran biri kimi, sən vətən, vətəndaş, torpaq və şəhid haqqında danışa bilməzsən. Müqayisədə israrlısansa, özünün də, əhatəsinin də bütün fəaliyyəti çirkabdan, ağılsız və xəyanətkar addımlar sistemindən ibarət bir siyasi sərgərdan kimi barəsində yazdığın tövlənin təmizliyi ilə öz fəaliyyətinin şəffaflığını müqayisə etmən daha faydalı olar”, – B.Məhərrəmov qeyd edib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI