Yeni müharibə Ermənistan dövlətçiliyinin itirilməsidir-DEPUTAT
Bu baxımdan, Paşinyanın separatçıları dəstəkləməməsi anlaşılandır
“Nikol Paşinyan dəfələrlə Azərbaycanın, Qarabağ daxil ərazi bütövlüyünü tanıdığını rəsmən elan edib”.
“Turanın səsi ” xəbər verir ki ,bu barədə Milli Məclisin deputatı Nəsib Məhəməliyev deyib.
Deputatın sözlərinə görə, Baş nazir Paşinyan başa düşür ki, separatçıların fəallaşması hər şeydən əvvəl onun öz hakimiyyəti üçün ciddi təhlükələr törədir.
“Son günlər katalikos başda olmaqla, erməni kilsəsinin, Qarabağ separatçılarının, revanş arzusu ilə yanan daşnak-millətçilərin, onların əlaltıları olan terror təşkilatlarının üzvlərinin fəallığı əhəmiyyətli dərəcədə artıb. Təbii ki, onlara havadarlıq edən xarici gücləri də unutmaq olmaz. Bütün bu qüvvələrin koordinasiyalı davranışları, Ermənistanın bir dövlət kimi varlığını təhlükə altına almaqla yanaşı, bütövlükdə regionda gərginliyi artırır. Bu isə o deməkdir ki, iki xalq arasında düşmənçilik davam edəcək”.
Parlament üzvü vurğulayıb ki, hazırda erməni cəmiyyətində ciddi parçalanmalar, qarşıdurmalar, müxtəlif siyasi qüvvələr arasında kəskin düşmənçilik müşahidə edilir:
“ASALA terror təşkilatı Paşinyanı fiziki cəhətdən məhv edəcəyi ilə hədələyir. Ümumilikdə isə sadə xalq yeni müharibənin baş verməsindən çəkinir. Yeni müharibə Ermənistan dövlətçiliyinin itirilməsi ilə nəticələnə bilər. Bu baxımdan, Paşinyanın separatçıları dəstəkləməməsi anlaşılandır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI