Makron Paşinyanla nəyi müzakirə edib?
Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa prezidenti Emmanuel Makronla görüşdə müzakirə olunan məsələləri açıqlayıb.
“Turanın səsi ” “Armenpress”ə istinadla xəbər verir ki, erməni nazir bu barədə özünün “X” hesabında paylaşım edib.
Paşinyan Makronla söhbətini “gözəl” adlandırıb.
“Biz müstəsna dostluq münasibətlərinin dərinləşdirilməsi və Ermənistan-Fransa ikitərəfli gündəliyinin gücləndirilməsi, Aİ ilə əməkdaşlığı, eləcə də Cənubi Qafqazdakı vəziyyətlə bağlı məsələləri müzakirə etdik”, – Ermənistanın Baş naziri bildirib.
Qeyd edək ki, noyabrın 9-da iki ölkə liderinin görüşü baş tutub. Noyabrın 10-da isə Nikol Paşinyan VI Paris Sülh Konfransının açılış mərasimində iştirak edib. Onun daha sonra panel müzakirəsinə qatılacağı bildirilib.