Qəzza zolağında ölənlərin sayı 10 812 nəfərə çatıb

0

Oktyabrın 7-dən indiyədək Qəzza zolağında ölənlərin ümumi sayı 10 812 nəfərə çatıb.

Turanın səsi ” in məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı Fələstin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Qurbanlar arasında azı 4 412 uşaq var.

Xatırladaq ki, Fələstin-İsrail münaqişəsinin gərginləşməsinin növbəti mərhələsi oktyabrın 7-də səhər tezdən Qəzza zolağından İsrail ərazisinə raket hücumundan sonra baş verib. İsrail ordusu cavab olaraq “müharibə hazırlığı” elan edib. Oktyabrın 8-də İsrail rəsmi olaraq ölkənin “müharibə vəziyyətinə” daxil olduğunu elan edib.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir