DİN-in mətbuat xidmətindən verilən məlumatlar (07.11.2023 )

0

Noyabrın 6-da ölkə ərazisində qeydə alınan 60, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

* * *

Axtarışda olduğuna görə ümumilikdə 90, o cümlədən borclu şəxs qismində axtarışda olan 64 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

* * *

Narkotiklərlə əlaqəli 17, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 18 fakt müəyyən edilib.

* * *

Cinayət törətməkdə şübhəli bilinən 49 nəfər saxlanılıb.

* * *

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirir.

Bu barədə “Turanın səsi” nə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib .


Noyabrın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1 ədəd “PK” markalı avtomat, 2 tapança, 8 ov tüfəngi, 102 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

* * *
Oğurluq

Sabunçu RPİ 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 3-də Pirşağı qəsəbəsindəki evlərin birindən 7250 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakinləri F.Əzimov və F.Əsgərova müəyyən olunaraq saxlanılıblar.
Araşdırma aparılır.

* * *
Soyğunçuluq

Noyabrın 5-də Bakıxanov qəsəbəsi ərazisində Bakı şəhər sakini olan qadının içərisində pulu, mobil telefonu və sənədləri olan çantasının soyğunçuluq yolu ilə talanması barədə Sabunçu RPİ-nin 13-cü Polis Şöbəsinə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bu əməli törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Rəvan Balayev saxlanılıb.
Araşdırma aparılır.

* * *
Sabunçu RPİ 14-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 29-da saat 20 radələrində Maştağa qəsəbəsi Albalılıq yaşayış sahəsində yaşadığı evi yandırmaqda şübhəli bilinən Y.Rəcəbov saxlanılıb. Araşdırma aparılır.

* * *


Quldurluq

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində noyabrın 6-da 2-ci Alatava yaşayış sahəsində bir yeniyetmənin pulunu və elektron saatını quldurluq yolu ilə talamaqda şübhəli bilinən 3 yeniyetmə müəyyən olunaraq saxlanılıb.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir