Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılması təklif olunub
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov Prezidentin Ehtiyat Fondunun vəsaitinin artırılmasını təklif edib.
“Turanın səsi ” in məlumatına görə, o, parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində çıxışı zamanı bildirib ki, hər hansı gözlənilməz hal olduqda bunun qarşısının vaxtında alınması üçün Prezident İlham Əliyevin kifayət qədər imkanı olmalıdır.
Onun sözlərinə görə, adətən, ayrı-ayrı strukturlar yığılan vəsaitin müəyyən hissəsini əlavə olaraq saxlayır: “Hesab edirəm ki, kim regionlarda yaxşı işləyib vəsait yığırsa, müəyyən hissəsi əlavə olaraq saxlanılmalıdır. Bu vəsait də sonradan həm quruculuq işlərinə, həm də müəyyən sosial ödənişlər üçün sərf oluna bilər. Bəzən gözlənilməz təbiət hadisəsi olur. Bura zəlzələ, daşqın və s. hallar daxildir. Təklif edirəm ki, Prezidentin Ehtiyat Fondu artırılsın. Bu gün azad olunan ərazilərdə bərpa-quruculuq işləri də sürətlə davam edir. Ona görə də hər hansı gözlənilməz halların olması qaçılmazdır. Bu baxımdan, dövlət başçısının zəruri vəsaiti anında həmin hadisələrin qarşısını almağa ayıra bilməsi üçün kifayət qədər imkanı olmalıdır”.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI