Xorvatiyanın Baş naziri Azərbaycana işgüzar səfərə gəlib
Xorvatiya Respublikasının Baş naziri Andrey Plenkoviç noyabrın 6-da Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
“Turanın səsi ” xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Xorvatiya Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Baş nazir Andrey Plenkoviçi Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.