NYT: MKİ-nin direktoru İsraildə səfərdədir

0

ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Vilyam Börns İsraildə səfərdədir.

Turanın səsi ” “The New York Times”a istinadən xəbər verir ki, direktor ölkə rəhbərliyi və kəşfiyyatının nümayəndələri ilə görüşəcək.

Nəşrin məlumatına əsasən, səfərin məqsədlərindən biri Amerikanın regiondakı tərəfdaşları ilə kəşfiyyat əməkdaşlığına dair öhdəliklərini gücləndirməkdir. Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru İordaniya və bir sıra başqa ölkələrə də səfər edəcək.

Qəzetin qeyd etdiyi kimi, əvvəllər ABŞ-nin Əmmanda səfiri vəzifəsində çalışmış Bönsün İordaniya kralı II Abdullahla yaxşı münasibətləri var.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir