Premyer Liqa: Bu gün “Neftçi” “Qəbələ” ilə, “Zirə” isə “Sabah”la səfərdə qarşılaşacaq

Bu gün Azərbaycan Premyer Liqasında XII tura yekun vurulacaq.

Turanın səsi” in məlumatına görə, son gündə iki oyun keçiriləcək.

Əvvəlcə “Neftçi” meydana çıxacaq. “Ağ-qaralar” autsayderlər zonasında qərarlaşan “Qəbələ”nin qonağı olacaq. Adrian Mutunun yetirmələri liderlər qrupundan daha da uzaq düşməmək üçün səfərdə mütləq qalib gəlməlidirlər.

Tur paytaxt derbisi ilə başa çatacaq. Uğursuz mövsüm keçirən “Sabah” əks qrafik cızaraq liderlər qrupunda yer alan “Zirə”ni qəbul edəcək. Rəşad Sadıqovun kollektivi liderliyi itirməmək üçün çətin səfər görüşündə hesabına 3 xal yazdırmalıdır.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Səbail” “Turan Tovuz”u (2:1), “Qarabağ” “Kəpəz”i (7:1), “Sumqayıt” isə “Araz-Naxçıvan”ı (2:0) məğlub ediblər.

Premyer Liqa
XII tur
5 noyabr

16:00. “Qəbələ” – “Neftçi”
Baş hakim: Kamal Umudlu
Qəbələ şəhər stadionu

18:30. “Sabah” – “Zirə”
Baş hakim: Tural Qurbanov
“Bank Respublika Arena”

NKlublarOQHMT-FX
1Qarabağ1272328-1123
2Zirə1163211-721
3Səbail1263321-1821
4Araz-Naxçıvan1262415-1320
5Sumqayıt1253412-1318
6Neftçi1143411-1015
7Turan Tovuz1243519-1515
8Sabah1134415-1413
9Qəbələ112277-208
10Kəpəz121386-246

Bombardirlər: Olavio Juninyo (“Qarabağ”) – 9 qol, Aleksandr Ramalinqom (“Səbail”) – 6 qol.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir