DİN-in mətbuat xidmətinin məlumatı

0
  • Oktyabrın 21-də ölkə ərazisində qeydə alınan 73 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
  • Axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
  • Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb.
  • Narkotiklərlə əlaqəli 38, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.
  • Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

  • Oktyabrın 21-də saat 12 radələrində Bərdə rayonunun Alpoud kəndi ərazisində rayon sakini L.Hüseynli idarə etdiyi “QAZel” markalı avtomobillə yolu keçən rayon sakini Nicat Tağıyevi vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

  • Bərdə Rayon Polis Şöbəsində araşdırma aparılır.Oktyabrın 21-də saat 21 radələrində Quba rayonunun Püstəqasım kəndi ərazisində rayon sakini C.Həmzəyev idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən rayon sakini Tahir Nurullayevi vurub və nəticədə piyada hadisə yerində ölüb.
  • Quba Rayon Polis Şöbəsində araşdırma aparılır. Oktyabrın 21-də saat 18 radələrində Goranboy rayonunun Yuxarı Ağcakənd kəndi ərazisində rayon sakini Ə.Qurbanov idarə etdiyi “Niva” markalı avtomobili dərəyə aşırıb və nəticədə sərnişini, Goranboy sakini Habil Şəmilov hadisə yerində ölüb.

  • Xocalı Rayon Polis Şöbəsində araşdırma aparılır. Nəsimi RPİ-nin 21-ci Polis Bölməsi əməkdaşlarının çevikliyi və operativliyi sayəsində oktyabrın 21-də saat 7 radələrində İ.Həmidov küçəsində Bakı şəhər sakini olan bir qadının çantasını quldurluq yolu ilə talamağa cəhd göstərən Neftçala rayon sakini Röyal Məlikov saxlanılıb.
    Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

  • Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində S.S.Axundov küçəsində yerləşən mağazaların birindən 1518 manat dəyərində 2 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Taleh Hüseynov saxlanılıb. Araşdırma aparılır.

Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi RPİ 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 11-də Bakı şəhər sakini N.Yolçuyevin bank hesabından 836 manatını oğurlamaqda şübhəli bilinən İmişli rayon sakini Aqşin Qurbanov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.


Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfərin bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub.


Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Qafarov və Lənkəran rayon sakini Röyal Əhədzadə müəyyən olunaraq saxlanılıblar. Araşdırma aparılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir