Ötən gün türkiyənin məşhur qrupu “Mor ve ötesi” Bakının qonağı olub

0

Turanın səsi“-in məlumatına görə, alternativ rok musiqi qrupu Bakı Konqres Mərkəzində sevənləri qarşısında çıxış edib.

Qrup canlı performansı ilə pərəstişkarlarına möhtəşəm və yadda qalan gecə yaşadıb.

Onlar səhnədə “Forsa”, “Dünyaya Bedel”, “Linç”, “Cambaz”, “Sevda Çiçeği”, “Oyunbozan”, “Araf”, “Bir Derdim Var”, “Küçük Sevgilim” kimi sevilən ifalarını səsləndiriblər.

Populyar qrupun hit musiqiləri ilə çıxışı fanatları tərəfindən böyük sevgi və coşğu ilə qarşılanıb. “Mor ve ötesi”ni canlı dinləmək istəyənlər 15-190 AZN-lərindən keçməli olublar.

Məlumat üçün bildirək ki, “Mor ve ötesi” alternativ rok musiqi qrupu 1995-ci ildə yaradılıb. Üzvləri Harun Tekin, Kerem Özyeğen, Burak Güven, Kerem Kabadayı kimi musiqiçilərdən ibarətdir.

Qrup 8-ci studiyo albomunu 2022-ci ilin yanvarın 21-də sevənlərinə təqdim edib. Onlar 2008-ci ildə keçirilən 53-cü Avroviziya Mahnı Müsabiqəsində Türkiyəni “Deli” adlı mahnı ilə təmsil ediblər.

Hazırladı

“Turanın səsi” -in Maqazin bölümünün müxbiri Türanə Tağızadə

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir