Ermənistan hər rayona görə 60-100 milyard təzminat ödəyəcək – Proses başladı

0

Ermənistan 30 il ərzində işğalda saxladığı Azərbaycan ərazilərində bütün infrastrukturu, yaşayış məntəqələrini, tarixi, mədəni, dini abidələri barbarcasına məhv edib. Burada 10 min kv km-lik ərazidə böyük dağıntıdan söhbət gedir. Bu, Ermənistanı beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur edən amillərdən biridir.

Turanın səsi ” xəbər verir ki, bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.

O qeyd edib ki, məkrli şəkildə Ermənistan Qarabağdan ermənilərin çıxışına nail olmaqla Azərbaycana qarşı etnik təmizləmə ittihamı irəli sürməyə çalışır:

“Azərbaycan beynəlxalq prinsiplərə sadiqdir. Ermənilərdən fərqli olaraq xalqımız qeyri-islam mədəniyyətinə hörmətlə yanaşır. Bunun əksinə olaraq erməni tərəfi işğalda saxladığı ərazilərdə xristian məbədlərini, alban irsini belə barbarcasına dağıdıb”.

Millət vəkili hesab edir ki, Azərbaycanın bu barbarlığı hüquqi müstəvidə həllini gündəmə gətirməsi erməni tərəfində ciddi narahatlığa səbəb olub:

“Çünki milyardlarla manat təzminət məsələsi var. Kənd, şəhər, rayon mərkəzləri, infrastruktur yerlə-yeksan edilib. Azərbaycanın bu məsələni qaldırması ilə Ermənistana ciddi problemlər yaranacaq. Çünki elə rayonumuz var ki, Ermənistan 60-100 milyard manat dəyərində ziyan vurub”.

Ceyhun Məmmədova görə, Azərbaycan haqlı olaraq bu addımı atdığı təqdirdə Ermənistan bunun qarşılığını verməli olacaq:

“Ermənistan tərəfi məhz bu məsələlərdən “sığortalanmaq” üçün Qarabağdan könüllü şəkildə çıxmış ermənilərə xüsusi sənəd paylayır. Həmin ermənilərin hətta fərdi qaydada Azərbaycanı məhkəməyə verməsi ilə bağlı təşviqat aparılır. Çünki Azərbaycanın təzminat məsələsini qaldırmasının Ermənistan üçün böyük çətinliklər törədəcəyini bilirlər. Hazırda Ermənistan tərəfindən vurulmuş ziyana görə qiymətləndirmə aparılıb, bütün tədbirlər görülüb. Azərbaycan bu istiqamətdə ardıcıl addımlar atır”.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir