“Azərbaycanda fəaliyyət göstərən Kanada şirkətlərinin fəaliyyəti dayandırılmalıdır”-DEPUTAT

0

Özlərini insan hüquqlarının və azadlıqlarının müdafiəçisi hesab edən və bu sahədə Azərbaycanı ittiham edən dövlətlər hər zaman insanlığa qarşı cinayətlər törətmiş ölkələrdir.

Bu barədə ” Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı, professor Kamilə Əliyeva deyib.

Bu sahədə Azərbaycanı ittiham edən Kanada və bu ölkənin Xarici İişlər naziri Melani Colinin İrəvanda ölkəmizə qarşı qərəzli, əsassız ittihamlar söyləməsi təəccüb və gülüş doğurur. Həmçinin Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinin vacibliyini vurğulaması riyakarlığın, saxtakarlığın ən bariz nümunəsidir.
BMT TŞ Ermənistanı işğalçı dövlət kimi tanıyıb, bu barədə 4 qətnamə qəbul etdiyi vaxt Kanada 30 il Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistana bu işğala son qoyması barədə bir kəlmə belə söyləmədi.
M.Colinin Xariii İşlər naziri postuna gətirilməsi absurddur. Dövlətin xarici siyasət kursunu həyata keçirən birinin Ermənistandan Azərbaycan ərazisinə binokldan baxması cəsus şəbəkəsinin nümayəndəsi obrazı yaradır. Kanada kimi marionet bir dövlətin bu cür “siyasətçi” olması əslində təəccüblü deyil. Azərbaycanı “deportasiya”da günahlandıran Kanada dövləti vaxtilə bu ərazilərin aborigen sakinləri olan hinduları kütləvi şəkildə qətlə yetirərək qurulub. Yarandığı gündən Kanada heç vaxt müstəqil dövlət olmayıb, ABŞ ın vassalı olub. Bu gün də ABŞ qubernatoru Kanada hökumətindən daha yüksək səlahiyyət və imtiyazlara malikdir. Marionetka bir dövlətin heç bir dövlətdən asılı olmayan, müstəqil xarici və iqtisadi siyasət həyata keçirən güclü Azərbaycan dövlətini ittiham etməyə nə cürəti, nə də haqqı yoxdur.
Kanada rəsmiləri Azərbaycanın onlar üçün nə qədər əhəmiyyətli bir ölkə olduğunu anlamırlar. Kanada öz enerji təchizatını Azərbaycan üzərindən keçməklə Mərkəzi Asiya dövlətlərindən uran almaqla həyata keçirir. Azərbaycanın haqqı var ki, bu ixracı dayandırsın və düşünürəm bu istiqamətdə addımlar atılacaq. Azərbaycanda fəaliyyət göstərən Kanada şirkətlərinin fəaliyyəti də dayandırılmalıdır. Kanada ilə yanaşı Azərbaycan dövləti ilə təhdid dilində danışmaq istəyən ölkələr sonda hansı aqibətlə üzləşəcəklərini anlamalıdırlar.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir