Sahibə Qafarova Karaqanda vilayətində baş vermiş faciə ilə əlaqədar Qazaxstanlı həmkarlarına başsağlığı məktubları ünvanlayıb
Milli Məclisin sədri Sahibə Qafarova Qazaxıstanın Karaqanda vilayətindəki şaxtada baş vermiş faciə ilə əlaqədar Qazaxıstan Respublikası Parlamenti Senatının sədri Maulen Aşimbayevə və ölkə Parlamenti Məclisinin sədri Yerlan Koşanova başsağlığı məktubları ünvanlayıb.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
Milli Məclisin sədri öz adından və deputatlar adından hər iki spikerə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Qazaxıstan xalqına dərin hüznlə başsağlığı verərək, yaralılara şəfa diləyib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI