Aİ-nin sammitində Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq

0

Avropa İttifaqının oktyabrın 26-27-də keçiriləcək sammitində Cənubi Qafqazdakı vəziyyət müzakirə olunacaq.

Turanın səsi ” in məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin Şura üzvlərinə göndərdiyi dəvət məktubunda deyilir.

Bundan əlavə, sammitdə Qərbi Afrikanın Sahel regionunda (Mali, Burkina-Faso, Niger) vəziyyət, Belqrad və Priştina (Serbiya və özünü Kosovo adlandıran dövlət – red.) dialoqu və digər məsələlər ətrafında müzakirələr aparılacaq.

Qəzza zolağındakı münaqişə ilə bağlı Mişel qeyd edib ki, o, Aİ liderlərindən HƏMAS-ın əməllərinin sərt şəkildə pislənməsini, həmçinin İsrailin özünümüdafiə hüququnun tanınmasını gözləyir.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir