Parlament sədri: “3+3” platforması Ermənistan üçün çox vacibdir”

0

“Cənubi Qafqaz regionunu əhatə edən “3+3” platforması Ermənistan üçün çox vacibdir”.

“Əgər siz regionun problemlərini orada təmsil olunan ölkələrlə müzakirə etməsəniz, onda Asiya dövlətləri ilə də danışıqlar apara bilməyəcəksiniz”, – o vurğulayıb.

Turanın səsi”  xəbər verir ki, bunu Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrın 25-də keçirdiyi brifinqdə bildirib.

Qeyd edək ki, “3+3” formatı 2020-ci ildə 44 günlük müharibə başa çatdıqdan sonra Türkiyə və Azərbaycan tərəfindən irəli sürülən təşəbbüsdür. Bura Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, İran və Rusiya daxildir.

“3+3” formatında birinci nazirlər görüşü oktyabrın 23-də İranın paytaxtı Tehranda keçirilib. Gürcüstan görüşə qatılmayıb.

Növbəti toplantının Türkiyədə keçirilməsi planlaşdırılır.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir