MM sədri: “Zəngilandan, Cəbrayıldan dünyaya verilən mesaj ondan ibarət idi ki, öz əzəli torpaqlarımıza əbədi qayıtmışıq”

0

“Zəngilandan, Cəbrayıldan ötən gün dünyaya verilən mesaj ondan ibarət idi ki, öz əzəli torpaqlarımıza əbədi qayıtmışıq. Ötən gün Türkiyə və Azərbaycanın dövlət başçılarının görüşü və vacib layihələrin başlaması, təməlinin qoyulması bir daha onu göstərdi ki, qardaş ölkə bu günə qədər Azərbaycana necə siyasi dəstək göstərirdisə, bu gün də bütün məsələlərdə bizim yanımızdadır”.

Turanın səsi “xəbər verir ki, bu sözləri Milli Məclisin spikeri Sahibə Qafarova parlamentin oktyabrın 21-də keçirilən plenar iclasında çıxışı zamanı deyib.

O qeyd edib ki, Azərbaycan və Türkiyənin birgə səyləri nəticəsində gördüyü işlərlə bölgənin siyasi mənzərəsini dəyişəcək layihələri əzmlə həyata keçirir:

“Zəngilandan, Cəbrayıldan ötən gün dünyaya verilən mesaj ondan ibarət idi ki, öz əzəli torpaqlarımıza əbədi qayıtmışıq. Qarabağ və Şərqi Zəngəzur çiçəklənən diyara çevriləcək. Həyata keçirilən bütün quruculuq işləri də məhz bu məqsədə yönəlib. Bərpa-quruculuq işləri Böyük Qayıdışı daha yaxından eşidilən addım səsləridir. İnanırıq ki, bütün layihələr uğurla başa çatacaq və insanlarımızın yurd həsrətinə son qoyulacaq gün uzaqda deyil”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir