“Ümid edirik ki, növbəti görüşlər Bakı və İrəvanda keçiriləcək” – Nazir
Ümid edirəm ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşləri Bakıda və İrəvanda keçiriləcək.
“Turanın səsi” “Mehr News”-a xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan xarici işlər nazirlərinin Tehranda keçirilən “3+3” formatında görüşündən sonra deyib.
O bildirib: “Tehran görüşündə Cənubi Qafqazda sülh, əməkdaşlıq və tərəqqi müzakirə olunub və danışıqlarımız görüşün mətni və bəyanatın mətni üzərində cəmlənib. Ümid edirəm ki, Türkiyədə keçiriləcək növbəti görüşdən sonra bu görüşlər Bakıda və İrəvanda davam etdiriləcək”.
İran XİN rəhbərinin sözlərinə görə, Ermənistan və Azərbaycanın xarici işlər nazirlərinin bu görüşdə iştirakı bu iki ölkə arasında sülh və dostluğa doğru irəliləyişdən xəbər verir: “Ümid edirik ki, tezliklə Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanmasının şahidi olacağıq”.
Qeyd edək ki, xarici işlər nazirlərinin “3+3” formatında növbəti görüşü 2024-cü ilin birinci yarısında Türkiyədə keçiriləcək.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI