Kamran Əliyev Türkiyədə Binəli Yıldırımla görüşüb
Azərbaycanın Baş prokuroru Kamran Əliyevin sədrlik etdiyi nümayəndə heyəti Türkiyədə Türk Dövlətləri Təşkilatının (TDT) Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla görüşüb.
“Turanın səsi ” xəbər verir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov “X” hesabında paylaşım edib.
O qeyd edib ki, görüş çərçivəsində Azərbaycan ilə TDT arasında əlaqələr müzakirə olunub.