“Ermənistan 8 kəndi sülh yolu ilə qaytarmaq istəməsə…” – DEPUTAT
“Ermənistan bəyanat verib ki, Azərbaycanın ərazi bütövlüyün tanıyır. Lakin 7 kəndimiz Qazax, bir kəndimiz isə Naxçıvan tərəfdən olmaqla hələ də işğal altındadır. Bu kəndlərin qaytarılması vacibdir”.
Bunu “Turanın səsi ” nə açıqlamasında Milli Məclisin deputatı Arzu Nağıyev deyib.
Onun sözlərinə görə, əgər Ermənistan sülh yolu ilə həmin kəndləri qaytarmaq istəməsə, bunun digər yolları da var:
“Bu kəndlərin azad olunması vacib məsələdir. Həmin kəndlərdən kommunikasiyaların keçirilməsi nəzərdə tutulur. Mütləq bu ərazilər qaytarılmalıdır. Düşünürəm ki, bu məsələ də çox uzun çəkməyəcək və öz həllini tapacaq. Ona görə ki, bu gün istənilən danışıqlar prosesində Azərbaycan diqtə edən tərəfdir. Azərbaycanın diqtəsi ilə sülh müqaviləsinin imzalanmasına aparacaq addımlardan biri məhz bu kəndlərin qaytarılmasıdır”, – deyə deputat bildirib.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI