Azərbaycanlıların Ukraynadakı təhsili necə davam edir?

0

“Ukrayna universitetlərində oxuyan azərbaycanlı tələbələrin əksəriyyəti hazırda Bakıdadır və təhsillərini onlayn davam etdirirlər”.

Bunu Azvision.az -a açıqlamasında Xarkov şəhərində Daxili İşlər Universitetinin tələbəsi Ayxan Qurbanov deyib.

Ayxanın qardaşı Zaur da eyni universitetdə Hüquqşünaslıq fakültəsində oxuyur. Onlar Rusiyanın Ukraynaya hücumlarından sonra bir çox azərbaycanlı tələbə kimi Xarkovu tərk ediblər.

O, Ukraynaya yenidən qayıtmaq fikrində olmadığını deyib:

“Təhsilimizi onlayn davam etdiririk. Yəni Ukraynada tədris dayanmayıb. Amma yaxın vaxtlarda ora qayıtmaq fikrimiz yoxdur. Çünki Xarkovdan olan dostlarımızla danışırıq, hazırda orada vəziyyət yaxşı deyil”.

Ayxan deyir ki, tanıdığı azərbaycanlı tələbələrdən Ukraynaya qayıdanlar da var:

“Ukraynalı dostlarımızın və onların “Telegram” kanallarının məlumatına görə, yeni ilə qədər müharibə bitəcək. Bitsə, təbii ki, təhsilimiz üçün yenidən Ukraynaya qayıdacağıq. Həmişəlik orada qalmaq fikrim yoxdur. Amma qardaşım qayıdacaq. Bizim əşyalarımız, bir çox sənədlərimiz orada qalıb. Ən əsası yanvarda magistratura təhsilim bitəcək və diplomumu götürmək üçün getmək məcburiyyətindəyəm. Ukraynada təhsil hazırda onlayndır. Biz də əvvəl deyirdik ki, qayıdaq. Bir ay ərzində hazırlaşdıq və yenidən şəhər bombalananda bu fikrimizdən vaz keçdik”.

Ayxan bildirib ki, azərbaycanlı tələbələrdən bəziləri hadisələrə görə təhsillərini Avropa ölkələrinin universitetlərində davam etdirmək seçimini ediblər:

“Mənim də təhsilimi Çexiya, ABŞ və digər ölkələrin universitetlərində davam etdirmək şansım var idi. Çünki Avropa ölkələri təhsil baxımından daha məsləhətlidir”.

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir