Türkiyə nümayəndə heyəti ilə Qərbi Azərbaycan İcmasında görüş keçirib

0

Oktyabrın 18-də Qərbi Azərbaycan İcmasının rəhbərliyi ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Baş katibi Talip Uzunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. 

Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib

Qonaqları səmimiyyətlə salamlayan İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli son 200 ildə Azərbaycan xalqının üzləşdiyi müsibətlər barədə danışıb, ötən əsrdə Qərbi azərbaycanlıların Ermənistandan dörd dəfə deportasiya edildiyini, soyqırımlara məruz qaldıqlarını söyləyib. Nəzərə çatdırılıb ki, 1987-1991-ci illəri əhatə edən sonuncu deportasiyadan sonra yaradılan təşkilat üç onillik boyunca soydaşlarımızın qanuni təmsilçisi olub və bu ilin əvvəlində qəbul edilmiş Qayıdış Konsepsiyasına əsasən Qərbi azərbaycanlıların geri qayıdışı istiqamətində müvafiq fəaliyyət həyata keçirir. Bildirilib ki, öz doğma torpaqlarına sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış Qərbi azərbaycanlıların fundamental insan hüquqlarıdır və bu hüquqlar təmin olunmalıdır.

Sonra çıxış edən İcma sədrinin müavini deputat Ramil Həsən Qayıdış Konsepsiyasında nəzərdə tutulan digər istiqamətlər barədə söz açıb, həmçinin Ermənistan ərazisində dağıdılan mədəni irsimiz, qəbiristanlıqlar, dəyişdirilmiş toponimlərimiz barədə məlumat verib, bu abidələrin qorunması ilə bağlı İcmanın UNESCO-ya ünvanlandığı müraciətləri xatırladıb.

Sonra söz alan İcmanın Ağsaqqallar Şurasının sədri, Milli Məclisin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov və Qadınlar Şurasının sədri Məlahət İbrahimqızı qonaqlara soydaşlarımızın yaşadıqları ağrı–acı, eləcə də deportasiyalar zamanı mədəni irsimizə dəyən zərər barədə geniş məlumat veriblər.

Türkiyə Böyük Millət Məclisinin Baş katibi Talip Uzun verilən məlumatların onları təsirləndirdiyini bildirib, Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu, ağrı-acısını bölüşdüyünü deyib. Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin “Bir millət, iki dövlət” fəlsəfəsini dilə gətirən Baş katib Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq modelinin dünyanın başqa heç bir yerində olmadığını vurğulayıb.

Görüşdən sonra qardaş ölkədən gələn nümayəndə heyəti İcmanın binası ilə tanış olub. Qonaqlara binada sərgilənən foto-şəkillər, xəritə və stendlərlə bağlı geniş məlumat verilib.

⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir