DEPUTAT: “Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda cənab İlham Əliyevin Xankəndidə olması böyük rəmzi məna daşıyır”
“Böyük siyasət aparmaq üçün bilik, təcrübə lazımdır. Gərək dünya siyasətini dərk etməyi, təhlil etməyi, ondan nəticə çıxarmağı bacarasan.”
Ümummilli lider Heydər Əliyev bu sözləri Zuğulbadakı Pansionatda müvəqqəti məskunlaşan qaçqınlarla görüşdə çıxışı zamanı -21 may 1994-cü ildə demişdir. Zaman keçdikcə Ulu Öndərin çıxışlarının hər kəlməsini analiz etdikcə, onun öncəgörücülüyünə, gələcək üçün dəqiq proqnozvermə qabiliyyətinə valeh olmamaq mümkün deyil.
“Turanın səsi ” xəbər verir ki , bu barədə Milli Məclisin deputatı Məşhur Məmmədov deyib.
Zaman keçir, Ulu Öndərin 30 il öncə dediyi sözlər bu gün onun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçir. Son illərdə cənab İlham Əliyev sözün həqiqi mənasında dünyanın güc dövlətləri ilə böyük siyasət aparır. Peşəkar idarəçilik qabiliyyəti, diplomatik təcrübəsi, arxasında dayanan güclü ordusu və ətrafında birləşən xalqı ilə bütün dünyanın supergüclərinə qarşı arqumentlərlə gələn ölkə başçısı prezident seçilməsinin 20 illiyinin hesabatını xalqa Milli Qürur Günü kimi yaşatdı, növbəti dəfə adını tarixə qızıl hərflərlə yazdı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 15-də Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdı.
Azərbaycan xalqı Ulu öndər Heydər Əliyevin davamçısına 20 il bundan əvvəl böyük etimad göstərdi. Gedişat sübut edir ki, ötən illər ərzində ölkə başçısı İlham Əliyevə olan etimad daha da artıb. İkinci Qarabağ müharibəsi dayananda Azərbaycan xalqı bilirdi ki, Şuşa kimi Xankəndində də bayrağımızın dalğalanmasına çox az qalıb. Şükürlər olsun, üç il keçməmiş biz Xankəndidəyik. Cənab Prezidentin Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında etdiyi çıxışlar xalq olaraq ürəyimizi qürur hissi ilə doldurub. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Xankəndi qələbəsi əbədi bizimlə olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər.
Bu il “Heydər Əliyev İli”-dir.
Biz Heydər Əliyevin 100 illiyini onun siyasətinə, onun tarixi irsinə hörmət göstərərək, onun siyasətini davam etdirərək qeyd edirik. Bu gün Ulu Öndərin, bizim bu günü görməyən bütün həyatdan gedənlərin ruhları şaddır. Onların ruhlarını şad edən biz olmuşuq, Azərbaycan xalqı olub, onların davamçıları olub.
Ulu Öndərin 100 illiyini qeyd etdiyimiz vaxtda cənab İlham Əliyevin Xankəndidə olması böyük rəmzi məna daşıyır. Prezident İlham Əliyev Xankəndi şəhərindən xalqa müraciəti zamanı qeyd etdiyi kimi, Azərbaycan torpağında heç bir tarixi, coğrafi və siyasi əsası olmayan Dağlıq Qarabağ Muxtar Vilayəti də 100 il bundan əvvəl – 1923-cü ildə yaradılmışdır. Bu, 100 ilin tarixidir. Görün, bu 100 il ərzində xalqımız nə qədər əzab çəkib, tarix bizi nə qədər sınağa çəkib. Əyilmədik, sınmadıq, o boyda böyük faciə ilə təkbaşına üz-üzə qalmışdıq, heç kim bizim yanımızda durmadı. Torpaqlarımız işğal altına düşəndə heç bir ölkə arxamızda dayanmadı, heç mənəvi dəstək də göstərmədilər. Bütün əsas güclər Ermənistanın arxasında idi və bugünkü tarix onu bir daha göstərir. Baxın görün, bu gün Azərbaycana ən çox düşmənçilik edən hansı ölkələrdir. Həmin ölkələr ki, o vaxt -1992-1993-cü illərdə Ermənistanın yanında idi, onları işğala təhrik edirdi, işğalı dəstəkləyirdi və onlara bəraət qazandırırdı. Heç nə dəyişməyib bu 30 il ərzində. Xalqımız böyük faciələrlə üz-üzə qalmışdı, 1 milyon insan evsiz-eşiksiz qalmışdır, torpaqlarımız tamamilə dağıdılmışdır. Bu gün azad edilmiş torpaqlara gələn hər bir insan öz gözləri ilə erməni vəhşiliyini görür. Bir dənə salamat bina qalmayıb. Bizə qarşı etnik təmizləmə aparılıb. Bizə qarşı soyqırımı törədilib, Xocalı soyqırımı. Ondan çox ölkə Xocalı soyqırımını tanıyıb, “Xocalıya ədalət!” hərəkatı geniş beynəlxalq vüsət alıb. Bax, o çətin dövrdən bu günə qədər keçdiyimiz yol şərəf və ləyaqət yoludur. Biz toparlandıq, güc yığdıq.
Nə yaxşı ki, Azərbaycan xalqı 1993-cü ildə öz müdrikliyini bir daha göstərdi, Ulu Öndər Heydər Əliyevə dəstək verdi, onu prezident vəzifəsinə seçdi. O vaxtdan bu günə qədər ölkə inkişaf yolu ilə gedir. Son 20 il ərzində isə bu inkişaf daha da sürətlidir və bütün sahələrdə özünü göstərir.
⤵️
” TURANIN SƏSİ “_ ARZU PAŞAQIZI