BMT-nin Avropa İqtisadi Komissiyasının regional konfransında
Milli Məclisin deputatı Məzahir Əfəndiyev BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) regional konfransında iştirak etmək üçün oktyabrın 17-də İsveçrənin Cenevrə şəhərinə səfər edəcək.
Bu barədə ” Turanın səsi ” nə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib
“Əhali və inkişaf: hüquqların və seçimlərin təmin edilməsi” mövzusunda keçiriləcək konfransda Dayanıqlı İnkişaf Çərçivəsi üzrə 2030-cu il gündəliyinə uyğun olaraq sosial inklüzivlik və hüquqların təmin edilməsi, əhali məskunlaşması kimi məsələlərin müzakirəsi nəzərdə tutulub.
Səfər oktyabrın 21-də başa çatacaq.